Clinic Medical

Tibbi ləvazimatlar, tibbi avadanlıqlar, tibbi avadanlıqların təmiri

Agency
Clinic Medical

2006-ci ildə Azərbaycanda qurulan CLİNİC MEDİCAL MMC tibbi avadanlıqların satışı və texniki xidmətlərin göstərilməsi ilə tibb dünyasına daxil olmuşdur. 7 ildən artıq təcrübəyə əsaslanan, keyfiyyətli xidməti ilə fərqlənən şirkətimiz bütün növ tibbi avadanlıqların satışı və satış sonrası mütəmadi texniki servisini uğurla yerinə yetirməkdədir.

Biz kimik?

Clinic Medical MMC-in əsas prinsipi dəyərli müştərilərimizin və partnyorlarımızın istək və tələblərini tam şəkildə qarşılamaq, onlar üçün yüksək keyfiyyətli avadanlıqları layihələndirmək və ərsəyə gətirərək məmnuniyyətlərini qazanmaqdır. Müştərilərimizə verdiyimiz yüksək dəyərlə sağlam və nizamlı iş, rəqabətə davamlı qiymətlər, ölkədaxili və beynəlxalq tələbləri qarşılamaq əsas missiyamız olaraq davamlı şəkildə inkişaf etdirilir.

Clinic Medical, dövlət və xüsusi tibbi müəssisələr başda olmaqla bütün özəl sağlamlıq mərkəzlərinə, diler ve müayinə mərkəzlərinə beynəlxalq standartlara əsaslanan tibbi cihazlar və vəsaitlər təmin edir. Tibb texnologiyasındakı sürətli inkişafı vaxtında, tam ve dəqiq izləyən Clinic Medical şirkəti olaraq əsas məqsədimiz informasiya təchizatında sağlam ve etibarli bir texnoloji infrastruktur quraraq davamlı yeniliklərin tətbiq olunduğu möhkəm bir sistem yaratmaq və qanunlara əsaslanan bütün şərtləri əsaslı şəkildə və davamlı olaraq yerinə yetirməkdir.

Bizim Ofis

Seyid Yəhya Bakuvi 106

(+994 55) 200 08 75

(+994 12) 404 55 00

[email protected]