Haqqımızda

Biz kimik?

Star Group özündə müxtəlif sahələri əhatə edən şirkətləri birləşdirən, yenilikçi və dinamik inkişaf edən holdinqdir. Biz fəaliyyətimizdə dinamik və yenilikçi mövqeyimizi qorumaqla, günümüzün tələblərini nəzərə almaqla daha yaxşı xidmət göstərmək üçün çalışırıq. 
Hazırda bizim qrupa 9 şirkət daxil olsa da, gələcəkdə daha da böyüməyi və müxtəlif sahələr üzrə fəaliyyət göstərməyi planlayırıq. 

Star Group özündə fərqli istiqamətdə olan xidmət sahələrini birləşdirir. E-commerce, beynəlxalq daşıma, logistika, restoran və ictimai iaşə, tibbi avadanlıqların idxalı, tibbi məhsulların istehsalı, bizim fəaliyyət istiqamətlərimizi təşkil edir. 

İstiqamətlərimiz müxtəlif olsa da, məqsəd və amalımız birdir. Biz, çalışdığımız hər bir mühitdə, ölkəmizin, əməkdaşlarımızın və şirkətlərimizin inkişafı və rifahı naminə çalışırıq. Star Group-un əsas missiyası bizimlə əməkdaşlıq edən hər kəsə yüksək şəkildə xidmət göstərməkdir.   

  • Göstərdiyimiz xidmətlərdə hər zaman aşağıdakı prinsipləri əsas tuturuq:
  • Müştərilərimizə qarşı olan öhdəliklərimizə sadiq qalan etibarlı şirkət imicini doğrultmaq,
  • Bütün fəaliyyət istiqamətlərimizdə müştərilərimiz tərəfindən lider olaraq tanınmış şirkət kimi bu istiqamətdə mövqeyimizi gücləndirmək,
  • Dəqiq, etibarlı və ədalətli tərəfdaş olub sağlam rəqabət aparmaq,
  • Uğurlu fəaliyyətimizlə, eyni zamanda ölkəmizin iqtisadiyyatına töhvələr vermək